Biz Formula 1®-in Rəsmi Makaron Partnyoru
olaraq, həm yarış meydanında, həm də yarış meydanından kənarda birlikdəlik ruhunu
qeyd edirik.

İstər yarış olsun, istərsə də bir boşqab makaron olsun, biz masa ətrafında, dostlar, ailə və ya tamamilə yad
insanlar arasındakı əlaqələrin gücünə inanırıq. Barilla sizi 2025-ci il sentyabrın 18-dən 21-dək Bakının
mərkəzində keçiriləcək sürət və həyəcanın vəhdəti olan Formula 1 çempionatının 17-ci mərhələsinə qoşulmağa
dəvət edir.Trasda, evdə və ya masa arxasında Barilla və Formula 1® sizinlədir.

Barilla-dan sadə reseptlər ilə İtaliya
mətbəxini kəşf edin!

Yeni
məhsulu
sınayın

Keçmiş yarışların əsas
anlarından həzz alın

İcmalarımız üçün təcrübələrə, yerlərə və imkanlara nəzər salın.

FORMULA 1 GULF
AIR BAHRAIN
GRAND PRIX 2025

Qaymaqlı sousda
toyuqlu və göbələkli kapellini

İnqrediyentlər (2 porsiya üçün)

Barilla Capellini makaronu

160 q

Toyuq əti

150 q

Göbələk

100 q

Qaymaq

50 ml

Kəvər

50 q

Parmezan pendiri

20 q

Bitki yağı

20 ml

Duz

zövqə görə

Qara istiot

zövqə görə

Hazırlanma qaydası

Kapellini makaronunu bol miqdarda duzlu suda yüngül diri (al dente) olana qədər 4 dəqiqə bişirin.
Makaronun qaynama suyundan 80 ml (təxminən 1/3 stəkan) ayırın, qalanını isə süzün.

Makaron bişərkən kəvəri halqa şəklində dilimləyib qızdırılmış tavaya əlavə edin. 
1 dəqiqə yüngülcə qovurun.

Dilimlənmiş göbələkləri və xırda doğranmış toyuq ətini tavaya əlavə edin. 
Zövqə görə duz və istiot vuraraq gur odda 4 dəqiqə bişirin.

Tavaya qaymağı, 80 ml makaron suyunu və Parmezan pendirini əlavə edin. Qarışıq qaynayana qədər qarışdırın.

Bişmiş makaronu tavaya əlavə edin, yaxşıca qarışdırın və tavanı ocaqdan götürün.

Süfrəyə verməzdən əvvəl yeməyin üzərinə rəndələnmiş Parmezan pendiri səpin.

Arabiata souslu və quzu ətli çellentani

İnqrediyentlər (4 porsiya üçün)

Barilla Cellentani makaronu

320 q

Barilla Arrabbiata sousu

1 banka

Quzu əti

200 q

Yaşıl lobya

100 q

Keçi pendiri

100 q

Oreqano (qaraqınıq)

zövqə görə

Zeytun yağı

20 ml

Duz

zövqə görə

Qara istiot

zövqə görə

Hazırlanma qaydası

Çəkilmiş quzu ətini az miqdarda zeytun yağında qovurun.

Üzərinə yaşıl lobyanı əlavə edib 3-5 dəqiqə bişirin.

Barilla Arrabbiata sousunu əlavə edin. Duz və istiot vurun.

Çellentani makaronunu duzlu suda yüngül diri (al dente) olana qədər 10 dəqiqə qaynadın. Daha sonra suyunu süzün.

Makaronu sousla birlikdə qarışdırın.

Hazır yeməyin üzərinə rəndələnmiş keçi pendiri və oreqano yarpaqları səpərək süfrəyə verin.

Krevetkalı, pomidorlu və reyhanlı spagetti

İnqrediyentlər (2 porsiya üçün)

Barilla spagettisi

160 q

Barilla Basilico sousu

200 q

Krevetka

12 ədəd

Soğan

30 q

Reyhan

zövqə görə

Zeytun yağı

20 ml

Duz

zövqə görə

Qara istiot

zövqə görə

Hazırlanma qaydası

Spagettini qaynayan duzlu suda tam yumşalmadan, təxminən yüngül diri (al dente) olana qədər 9 dəqiqə qaynadın.

Qaynadığı sudan 1/3 stəkan ayırıb kənara qoyun, qalan suyu isə süzün.

Soğanı xırda-xırda doğrayıb zeytun yağında rəngi dəyişənə qədər qovurun.

Krevetkaları tavaya əlavə edib bir neçə saniyə qovurun.

Basilico sousunu və makaron suyunu tavaya əlavə edin. 1 dəqiqə qarışdırın.

Makaronu süfrəyə verməzdən əvvəl üzərini reyhan ilə bəzəyin.

Bolonyeze kapellini

İnqrediyentlər (4 porsiya üçün)

Barilla Capellini (və ya spagetti)

320 q

Çəkilmiş mal əti

500 q

Pomidor

700 q

Soğan

50 q

Yerkökü

50 q

Kərəviz

50 q

Qırmızı şərab

100 ml

Zeytun yağı

20 ml

Parmezan pendiri

50 q

Duz

zövqə görə

Qara istiot

zövqə görə

Hazırlanma qaydası

Yerkökü, soğan və kərəvizi kub şəklində doğrayın. Tavada zeytun yağını qızdırın və tərəvəzləri qızılı rəng alana qədər təxminən 5 dəqiqə qovurun.

Çəkilmiş mal ətini tərəvəzlərə əlavə edin. Davamlı qarışdıraraq 5 dəqiqə bişirin. Əti xırda hissələrə ayırmaq üçün taxta spatula və ya qaşıqdan istifadə edin. Bu, sousda böyük topaların yaranmasının qarşısını alacaq və istənilən teksturanı əldə etməyə kömək edəcək.

Qırmızı şərabı tavaya töküb bir az buxarlanmasını gözləyin. Sonra öz şirəsində olan pomidorları əlavə edin. Zövqə görə duz və qara istiot vurun. Arabir qarışdıraraq 10 dəqiqə vam odda bişirin. Tövsiyə: Pomidorun təbii turşuluğunu balanslaşdırmaq üçün bir çimdik şəkər tozu əlavə edin. Bu, dadı daha balanslı və zəngin edəcək. Daha tez hazırlamaq üçün Barilla Bolognese Base istifadə edə bilərsiniz. Mükəmməl nəticə üçün onu sadəcə çəkilmiş ətə əlavə etmək kifayətdir.

Kapellini makaronunu bol duzlu qaynayan suda yüngül diri (al dente) olana qədər 4 dəqiqə bişirin. Qablaşdırmada göstərilən bişirmə müddətinə əməl etməyi və makaronu tam 4 dəqiqə bişirməyi tövsiyə edirik. Bu, mükəmməl al dente teksturasını təmin edir: çölü tam bişmiş, içi isə bir qədər diri qalır.

Bişmiş makaronu tavaya əlavə edin. Yaxşıca qarışdırın və ocaqdan götürün. Qeyd: Barilla makaronu bərk buğda sortundan hazırlandığı üçün onu yaxalamağa ehtiyac yoxdur.

Süfrəyə verməzdən əvvəl yeməyin üzərinə rəndələnmiş Parmezan pendiri səpin.

Pesto Genovese souslu və qızılbalıqlı spagetti

İnqrediyentlər (4 porsiya üçün)

Barilla Spaghetti

320 q

Barilla Pesto Genovese

1 banka

Qızılbalıq

200 q

Çerri pomidorları

120 q

Limon

1 ədəd

Şəkər tozu

10 q

Sarımsaq

1 diş

Zeytun yağı

20 ml

Duz

zövqə görə

Qara istiot

zövqə görə

Hazırlanma qaydası

Çerri pomidorlarını ikiyə bölüb bişirmə qabına yerləşdirin. Sarımsaq əlavə edin, üzərinə duz, limon qabığı və sevdiyiniz ədviyyatları vurun, sonra 120°C sobada 20-30 dəqiqə bişirin.

Spagettini qaynayan duzlu suda yüngül diri (al dente) olana qədər 10 dəqiqə bişirin.

Makaron bişərkən qızılbalığı kub şəklində doğrayıb tavada bir neçə dəqiqə qovurun.

Bişmiş makaronu qızılbalığa əlavə edin, yaxşıca qarışdırın və daha bir dəqiqə bişirin.

Tavanı ocaqdan götürün, Pesto Genovese sosunu əlavə edin, makaron və qızılbalığa bərabər şəkildə yayılana qədər qarışdırın.

Süfrəyə verməzdən əvvəl yeməyi sobada bişmiş çerri pomidorları ilə bəzəyin.

Barilla F1 Gran Ruote Racing Edition

Al Dente – 6 dəqiqə

Formula 1 bolidinin təkərləri formasında hazırlanan Barilla F1 Gran Ruote Racing Edition pastası məhdud müddət ərzində təqdim olunur. O, Formula 1 həyəcanını və sürət duyğusunu birbaşa süfrənizə gətirir. İtaliyada bərk buğda unundan hazırlanan bu Barilla F1 Gran Ruote pastası həm vacib məqamlar, yarış günləri üçün mükəmməl seçimdir. Dadmağa tələsin, yalnız bu payız satışda olacaq!